Yuxarı

Belarusdan Ukraynaya o halda təhlükə ola bilər ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarusdan Ukraynaya o halda təhlükə ola bilər ki...

Belarus tərəfindən aqressiya yalnız o zaman mümkün ola bilər ki, Ukrayna ilə sərhəddə ən azı 15 minlik hərbi qruplaşma yerləşdirilsin.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi analitik İvan Stupak deyib.

Prezident Vladimir Zelenskinin Rusiyanın Belarusu müharibəyə cəlb etmək cəhdləri barədə açıqlamasını şərh edən Stupak vurğulayıb ki, hazırda Belarus ərazisində Rusiyanın hücum qruplaşması yoxdur:

“Mənim qiymətləndirməmə görə, Ukrayna üçün təhlükə yarada biləcək və sərhəd yaxınlığında toplaşan rus hərbçilərinin minimum sayı təxminən 5 mindən başlayır. Əgər bu rəqəmdən az və ya ona bərabərdirsə, düşünürəm ki, təhlükə yoxdur. Yəni 5 min heç nə demək deyil. Amma orada 15–20 min nəfər toplansa, vəziyyət ciddi olar. O zaman həqiqətən narahat olmaq üçün səbəb yaranar, çünki bu, çox böyük saydır”.

Stupakın sözlərinə görə, 2022-ci ildə Belarus ərazisindən Kiyev vilayətinə daxil olan Rusiya qüvvələrinin sayı təxminən 46-47 min nəfər olub. Lakin ekspert vurğulayıb ki, hazırda Belarusda belə bir hərbi toplanma yoxdur.

Tarix
2026.05.17 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla