Yuxarı

Özəllə bağlı sensasion iddialar ortaya çıxdı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özəllə bağlı sensasion iddialar ortaya çıxdı...

Yenidən CHP sədri olan Kamal Kılıçdaroğlunun keçmiş mətbuat katibi Nuray Başaran qatıldığı canlı yayımda sabiq sədr Özgür Özəl haqqında sensasion iddialar irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Başaran bildirib ki, 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən CHP-nin 38-ci fövqəladə qurultayındakı qanun pozuntuları ittihamları ilə bağlı hesabatlar tamamlanıb.

İddialara görə, partiya qurultayı zamanı və sonrasında xərclənən vəsaitlər Kipr üzərindən 143 fərqli şirkət vasitəsilə Özgür Özəl rəhbərliyinin nəzarətində olan hesablara köçürülüb. Qeyd olunub ki, bu maliyyə fəaliyyəti ilə bağlı Ö.Özəl haqqında qısa zaman ərzində ilkin araşdırma başlanacaq.

Başqa bir iddia terror təşkilatına üzvlük ittihamları ilə bağlıdır. N.Başaran iddia edir ki, Ö.Özəl FETÖ ilə əlaqəli olduğuna görə ona qarşı ikinci bir cinayət işi də açılacaq.

N.Başaran həm Özgür Özəl, həm də digər CHP millət vəkillərinə qarşı irəli sürülən ittihamların yaxın aylarda Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini bildirib. O partiyanın daxili balansını kökündən sarsıdacaq başqa bir iddia da irəli sürüb:

“Kamal Kılıçdaroğlu rəhbərliyi TBMM-yə təqdim ediləcək ittihamlara qarşı çıxmayacaq. Kılıçdaroğlu və onu dəstəkləyən CHP millət vəkilləri Özgür Özəl və ittihamlarda adı çəkilən digər millət vəkillərinin toxunulmazlığının qaldırılması lehinə mövqe tutacaqlar”.

Tarix
2026.05.29 / 14:34
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla