Yuxarı

Ukrayna üçün ən ciddi hərbi problem budur - Qnatov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna üçün ən ciddi hərbi problem budur - Qnatov

Ukrayna üçün ən ciddi hərbi problem Rusiya ballistik raketlərini ələ keçirə bilən hava hücumundan müdafiə sistemlərinin çatışmazlığıdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib.

“İlk növbədə söhbət Rusiyanın ballistik raketlərindən gedir. Təəssüf ki, əlimizdə olan vasitələr kifayət etmir. Düşmənin ballistik silahlarını vurmağa qadir sistemlərin daimi və kritik çatışmazlığını yaşayırıq. Bu gün üçün ən böyük çağırış məhz budur”, – deyə o bildirib.

Qnatovun sözlərinə görə, may ayında Rusiya Ukraynaya qarşı on minlərlə müxtəlif hava hücum vasitəsindən istifadə edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin təxminən 90 faizini məhv edib.

Ukrayna Baş Qərargah rəisi qeyd edib ki, ölkənin şəhərlərini və kritik infrastruktur obyektlərini tam qorumaq üçün hələ də kifayət qədər vasitələri yoxdur.

O əlavə edib ki, Ukrayna həmçinin uzaqmənzilli döyüş sursatları, bəzi növ pilotsuz uçuş aparatları, yerüstü robotlaşdırılmış komplekslər və radioelektron mübarizə vasitələri çatışmazlığı ilə də üzləşib.

Tarix
2026.06.11 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla