Yuxarı

Rusiya ilə müharibə bu halda bitə bilər - General

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə müharibə bu halda bitə bilər - General

Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti altında davamlı sülhə nail olmaq son dərəcə çətin olacaq.

Axar.az xəbər verir ki, bu fikri “Ukrinform” agentliyinə müsahibəsində Kanadanın Birləşmiş Operativ Komandanlığının keçmiş komandanı, general-leytenant Kristofer Kouts bildirib.

“Putinin ölümü sülh üçün ilk zəruri şərtdir. Təəssüf ki, Putin hakimiyyətdə qaldığı müddətdə uzunmüddətli sülhü təsəvvür etmək mənim üçün çox çətindir. Belə bir sülhün daha fundamental əsası kimi isə yalnız Ukraynanın hərbi qələbəsini görürəm”, – deyə o söyləyib.

O, Ukraynanın Rusiyanın neft emalı zavodlarına və neft infrastrukturuna zərbələri davam etdirməsinin vacibliyini izah edərək, bu hücumları strateji gediş adlandırıb. Onun sözlərinə görə, belə zərbələr Rusiyanı resurslarını səpələməyə məcbur edir, gəlirlərini azaldır və rusiyalılara müharibənin öz qiyməti olduğunu xatırladır:

“Bundan əlavə, bu hücumlar Rusiyanı daha geniş əraziləri müdafiə etməyə və qüvvələrini geniş ərazilərə yaymağa məcbur edir. Eyni zamanda, dövlət büdcəsinə daxilolmaları azaldır. Həmçinin ukraynalılar üçün mühüm psixoloji təsir göstərir.

Cavab zərbələri endirmək imkanı həm mənəvi ruh yüksəkliyi, həm də ədalət hissi baxımından böyük əhəmiyyət daşıyır”.

Tarix
2026.06.12 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla