Yuxarı

ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq...

ABŞ və İran prezidentləri tərəfindən imzalanmış qarşılıqlı anlaşma memorandumu qüvvəyə minib və İslamabad vasitəçi qismində bunu təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif X hesabında məlumat verib.

"Bu gün ABŞ və İran arasında tarixi "İslamabad anlaşma memorandumu"nun elektron formatda imzalandığını elan etməkdən böyük şərəf duyuram. Sənəd hər iki ölkənin hörmətli prezidentləri tərəfindən imzalanıb və eyni zamanda vasitəçi kimi mənim tərəfimdən də təsdiqlənib. "İslamabad anlaşma memorandumu" dərhal qüvvəyə minir.

İlk addım olaraq İran təxirə salmadan Hörmüz boğazını açacaq, ABŞ isə dəniz blokadasını dərhal ləğv edəcək", - Pakistan hökumətinin rəhbəri əlavə edib.

Baş nazir münaqişənin dinc yolla həllinə sadiq qaldıqlarına görə ABŞ və İran rəhbərliyinə öz minnətdarlığını bildirib.

O, həmçinin Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin vasitəçilik səylərini yüksək qiymətləndirib.

Tarix
2026.06.18 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla