Yuxarı

Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib

Ukraynanın müdafiə sənayesi müharibə sayəsində unikal üstünlük əldə edib – istehsalçılar yeni silahları real döyüş şəraitində sınaqdan keçirə, hərbçilərdən operativ rəy ala və bir neçə gün ərzində lazımi dəyişikliklər edə bilirlər. Məhz bu təcrübə hazırda NATO ölkələri və Qərbin müdafiə sənayesi şirkətləri tərəfindən diqqətlə öyrənilir.

Axar.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" (Business İnsider) nəşri NATO nümayəndələrinə, Ukraynanın silah istehsalçılarına və dövlət rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, döyüş meydanında vəziyyət sürətlə dəyişdiyi üçün yeni texnologiyalar cəmi bir neçə həftə ərzində aktuallığını itirə bilər. Buna görə də Ukrayna hərbçilərlə istehsalçılar arasındakı əlaqəni maksimum dərəcədə gücləndirib.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin ali komandanının müavini Con Strinqerin sözlərinə görə, məhz belə yüksək innovasiya sürəti hazırda Qərb ölkələrində çatışmır.

Onun sözlərinə görə, Ukraynada yeni texnologiyaların tətbiqi və uyğunlaşdırılması prosesi illərlə deyil, həftələrlə aparılır.

Tarix
2026.07.05 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla