Putinə yaxın insanlar da bunu dəstəkləyir - Zelenski
01:10
| Ana səhifə Planet |
|
ABŞ Respublikaçılar Partiyasından senator Lindsi Qrehem Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi ilə bağlı Ağ Evlə razılıq əldə olunduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, Qrehem bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.
"Təxminən 30 dəqiqə əvvəl Ağ Evlə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin onların dəstəkləyəcəyi variantı üzrə razılığa gəldik. Bu o deməkdir ki, həmin qanun layihəsi qanuna çevriləcək", – deyə senator bildirib.
Qrehem qeyd edib ki, qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Vladimir Putinin rejimini dəstəkləyərək ucuz Rusiya nefti və ya qazı alan ölkələrə qarşı gömrük rüsumları və sanksiyalar tətbiq etmək səlahiyyəti verəcək.
|
Tarix
2026.07.11 / 00:09
|
Müəllif
Axar.az
|