Yuxarı

Çin Putindən sonrakı Rusiya üçün hazırlığa başlayıb - VSJ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Putindən sonrakı Rusiya üçün hazırlığa başlayıb - VSJ

Çin Vladimir Putindən sonrakı dövrə hazırlaşaraq gələcəkdə Rusiyanın idarə edilməsində mühüm rol oynaya biləcək siyasi və iqtisadi elita nümayəndələri ilə əlaqələrini gücləndirir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" analitiklərə, diplomatlara və vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pekin hakimiyyət dəyişikliyindən asılı olmayaraq Rusiyadakı təsirini qorumağa çalışır. Mənbələrin fikrincə, Putinin formalaşdırdığı antiqərb siyasi kursu onun hakimiyyətdən getməsindən sonra da davam edəcək. Buna görə Çin artıq indidən gələcəkdə ölkənin idarə olunmasında rol oynaya biləcək şəxslərlə münasibətlər qurur.

VSJ yazır ki, son illər Rusiya hakimiyyəti Çin kəşfiyyatının fəaliyyətinin artması ilə daha tez-tez üzləşsə də, Moskva Pekinlə münasibətləri korlamamaq üçün bu halları ictimailəşdirməməyə üstünlük verir.

Nəşr qeyd edir ki, "hüdudsuz tərəfdaşlıq" barədə bəyanatlara baxmayaraq, Moskva ilə Pekin arasında ciddi fikir ayrılıqları da qalır.

Məlumata görə, Çin Rusiyanın "Sibirin gücü-2" qaz kəməri layihəsi üzrə saziş imzalamaq təklifini qəbul etməyib. Pekin qazın Rusiyanın daxili bazarına yaxın qiymətlərlə satılmasını tələb edib.

Bundan başqa, Çin Moskvanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankında əsas hesablaşma valyutası kimi Çin yuanından istifadə olunmasına razılıq verməsini təmin edib.

VSJ-nin məlumatına əsasən, Pekin Vladimir Putinin Şimali Koreya liderinin iştirakı ilə üçtərəfli sammit keçirmək təklifini dəstəkləməyib. Həmçinin Çin tərəfi Putinin Pekinə səfərdən dərhal sonra Pxenyana getməsinin məqsədəuyğun olmadığını bildirib. Nəticədə Rusiya prezidentinin marşrutuna Vyetnama səfər də əlavə edilib ki, bu da "avtoritar dövlətlər oxu" görüntüsünün yaranmasının qarşısını almağa hesablanıb.

Tarix
2026.07.15 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla