Yuxarı

ABŞ-ın İrana yeni zərbələr dalğası başa çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İrana yeni zərbələr dalğası başa çatdı

01:08

ABŞ qüvvələri İran ərazisinə yenidən zərbələr endirir.

Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” ABŞ administrasiyasındakı adının açıqlanmasını istəməyən rəsmiyə istinadla məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hərbi əməliyyat artıq bir neçə saatdır davam edir.

ABŞ və İran rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

***

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib.

Bu barədə CENTCOM-un bəyanatında deyilir.

Məlumata görə, ABŞ Hörmüz boğazı bölgəsində və İran sahillərində onlarla hərbi obyektə zərbələr endirib.

Qeyd olunur ki, əməliyyata qırıcılar, pilotsuz uçuş aparatları (PUA) və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri cəlb edilib. İranın raket və PUA komplekslərinin mövqelərinə, hərbi dəniz qüvvələrinin obyektlərinə və sahil müdafiə sistemlərinə zərbələr endirilib.

Komandanlıqdan bildirilib ki, yeddi saatlıq əməliyyat İranın kommersiya gəmiçiliyinə və mülki heyətlərə təhdid yaratmaq imkanlarının daha da azaldılmasına yönəlib.

Tarix
2026.07.15 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla