Yuxarı

Ukrayna Rusiyaya "Hörmüz blokadası"nı tətbiq edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiyaya "Hörmüz blokadası"nı tətbiq edib

Ukraynanın Azov dənizində gəmilərə endirdiyi zərbələr Rusiyanın ixrac logistikası üçün Fars körfəzi ölkələrinin Hörmüz boğazında İranın tankerlərə hücumları nəticəsində üzləşdiyi problemlərə bənzər çətinliklər yaradıb.

Axar.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.

Nəşr bildirir ki, son günlər peyk görüntüləri və gəmilərin hərəkətini izləyən xidmətlər Rostov-Don və Azov dənizinə girişlərdə çox sayda gəmilərin növbədə gözlədiyini qeydə alıb. Buna səbəb Ukraynanın ardıcıl zərbələrindən sonra Don-Azov kanalı və Kerç boğazının bağlanması olub.

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, cəmi doqquz gün ərzində Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər.

CNN xatırladır ki, əvvəllər Azov dənizi faktiki olaraq Ukraynanın zərbələri üçün əlçatmaz hesab olunurdu və Rusiya üçün hərbi əməliyyatların aparılması, eləcə də yüklərin daşınması baxımından mühüm baza rolunu oynayırdı. Lakin Ukraynanın pilotsuz texnologiyalarının inkişafı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib.

Tarix
2026.07.16 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla