Yuxarı

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

ABŞ-ın İrana qarşı hərbi hücumunun üçüncü mərhələsi başlayandan sonra İran SEPAH-ın “Saberin” elit hərbi birliyinin 3 min xüsusi təyinatlısı, o cümlədən quru qoşunları və başqa hərbi qüvvələrinin bölmələrini, eləcə də ağır hərbi texnikanı Kürdüstan və Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd bölgələrinə yerləşdirib və bununla da bölgədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.

Axar.az xəbər verir ki, bu haqda xaricdə fəaliyyət göstərən bəzi farsdilli media orqanları yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumatlara görə, qüvvələr əsasən Qərbi Azərbaycan əyalətinin Sərdəşt, Piranşəhr (Xana) və Kürdüstan əyalətinin Bane və Mərivan şəhərlərində yerləşdirilib.

Mənbələr həmçinin tanklar, artilleriya qurğuları, “Katyuşa” raket atıcıları və çox sayda kəşfiyyat və kamikadze dronları da daxil olmaqla, ağır hərbi texnikanın bu ərazilərə köçürüldüyünü bildiriblər.

Onların iddiasına görə, sərhəd bölgələrində yerləşən ordu qüvvələri ABŞ-ın mümkün hava hücumları ilə bağlı narahatlıqlar səbəbindən gecə hərbi bazalarda olmaqdan çəkinir, nəqliyyat vasitələrində və ya sərhəd kəndlərinin yaxınlığında gecələyir və gündüz saatlarında bazalarına qayıdırlar.

Eyni zamanda, yerli mənbələr sərhəd bölgələrində təhlükəsizlik tədbirlərinin və məhdudiyyətlərin gücləndirildiyini vurğulayırlar. Onların sözlərinə görə, sərhəd bölgələrində təhlükəsizlik nəzarəti artırılıb, vətəndaşlar və sərhəd kəndlərinin sakinlərinə hərəkət məhdudiyyətləri tətbiq olunub.

Tarix
2026.07.17 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla