Yuxarı

Ukrayna bu misli görünməmiş hücumla Krıma mesaj verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna bu misli görünməmiş hücumla Krıma mesaj verir

Rusiya prezidenti uzun müddətdir işğal etdiyi Krım yarımadasını keçilməz qala hesab edir. Lakin bu, yalnız illüziyadır. Son aylarda Sevastopolda lövbər salmış Rusiya donanması və işğal olunmuş bu qaladakı hava hücumundan müdafiə sistemləri belə zərbələrə məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Lui De Veqa “El País” qəzetində dərc olunan məqaləsində bildirib.

De Veqa qeyd edir ki, Kiyevin başlatdığı hücum fonunda – Rusiya tərəfindən işğal olunmuş əraziyə gedən körpülərin, dəmir yolu xətlərinin, yolların və infrastrukturun bombalanması yolu ilə kəsmək cəhdləri çərçivəsində reallıq Putinin təbliğatını şübhə altına alır.

Onun fikrincə, itirilməsindən 12 il sonra Krımın geri qaytarılması bu gün Kiyev üçün bir neçə ay əvvəl olduğu qədər əlçatmaz arzu deyil. Bununla belə, orada hökm sürən hakimiyyət və Kremlin son onillik ərzində yarımadaya köçürdüyü on minlərlə rusiyalı artıq möhkəm şəkildə kök salıb.

“Məhz buna görə də Vladimir Zelenskinin hökuməti bu misli görünməmiş hücum əməliyyatı ilə üçtərəfli mesaj göndərir: ruslara, Ukrayna əhalisinə və Krımda yaşayan iki milyondan çox insana – həm Moskvanın mövqeyini dəstəkləyənlərə, həm də Kiyev tərəfdarlarına”, – məqalədə qeyd olunub.

Tarix
2026.07.18 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla