Yuxarı

Bütün arxivləri açacağıq - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün arxivləri açacağıq - Zelenski

XX əsrdə Volında baş vermiş faciəli hadisələrlə bağlı Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin bütün arxivləri açılacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski bildirib ki, Polşa ilə münasibətlərdə bir sıra mühüm addımlar atılacaq. Onun sözlərinə görə, diplomatik sahədə yeni qərarlar qəbul ediləcək, axtarış və ekshumasiya işlərinin aparılması üçün əlavə icazələr veriləcək.

Zelenski Polşanın Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib və vurğulayıb ki, Ukraynanın müstəqilliyinin müdafiəsi Polşanın müstəqilliyinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır.

Qeyd edək ki, Volın faciəsi II Dünya müharibəsi illərində (1943–1944) Ukrayna Üsyançı Ordusu (UPA) tərəfindən Volın və Şərqi Qalisiya bölgələrində etnik polyak mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğındır. Tarixi mənbələrə görə, bu etnik təmizləmə nəticəsində təxminən 100 minə yaxın polyak qətlə yetirilib. Bu hadisələr II Dünya müharibəsi dövründə nasist işğalı altında olan ərazilərdə millətçi qrupların ərazi iddiaları və tarixi düşmənçilik zəminində baş verib.

Tarix
2026.07.18 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla