Yuxarı

Rusiya bu əraziləri nəzarətə götürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu əraziləri nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov cəbhənin bir neçə istiqamətində Rusiya ordusunun irəliləyiş əldə etdiyini iddia edib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Gerasimovun sözlərinə görə, Rusiya ordusunun 25-ci ordusunun bölmələri Krasnı Liman şəhərinin ələ keçirilməsi əməliyyatını başa çatdırmaq üzrədir. O bildirib ki, şəhərdə Ukrayna qüvvələrinin mütəşəkkil müdafiəsi dağıdılıb, hazırda ayrı-ayrı müqavimət ocaqları zərərsizləşdirilir.

Baş Qərargah rəisi əlavə edib ki, Rusiya qoşunları “Svyatıe Qorı” Milli Parkı istiqamətində irəliləyir, həmçinin Svyatoqorsk və Şurov yaşayış məntəqələrində Ukrayna qüvvələrinə qarşı əməliyyatlar aparır.

Gerasimovun iddiasına görə, 3-cü ordunun bölmələri Slavyansk və Kramatorsk istiqamətində hücum zamanı Piskunovka yaşayış məntəqəsini nəzarətə götürərək Nikolayevka şəhərinin kənarlarına çıxıblar.

O, həmçinin vurğulayıb ki, “Cənub” qoşun qruplaşması Konstantinovka istiqamətində irəlilədikdən sonra Alekseyevo-Drujkovka yaşayış məntəqəsinə daxil olub və şəhərdə döyüşlər davam edir.

Gerasimovun sözlərinə görə, Podliman yaşayış məntəqəsində küçə döyüşləri gedir. O bildirib ki, “Qərb”, “Cənub” və “Mərkəz” qoşun qruplaşmalarının əsas məqsədi Donetsk vilayətinin bütün ərazisini nəzarətə götürməkdir.

Tarix
2026.07.18 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla