Yuxarı

Ukrayna ordusu taktikanı dəyişir: Əsas mübarizə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusu taktikanı dəyişir: Əsas mübarizə...

Dronlar müharibəsi Ukrayna hərbçilərinin cəbhədəki, xüsusən də Rusiya mövqelərinə hücum zamanı taktikasını getdikcə daha çox dəyişir.

Axar.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" (Business İnsider) yazıb.

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçüləri hazırlıq və döyüş aparmaq üsullarını daim uyğunlaşdırmağa məcburdurlar, çünki havadan gələn təhlükə cəbhədə əsas amillərdən birinə çevrilib.

Adı açıqlanmayan yüksək vəzifəli ukraynalı hərbçilərdən biri bildirib ki, son illərdə xüsusi təyinatlıların təlimləri əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, əvvəllər əsas diqqət artilleriya zərbələri zamanı sağ qalmağa yönəldilirdisə, indi hazırlığın böyük hissəsi məhz pilotsuz uçuş aparatları ilə mübarizəyə həsr olunur.

Onun sözlərinə görə, Ukrayna xüsusi təyinatlıları mütəmadi olaraq kiçik qruplar halında mövqelərə sızma təlimləri keçirirlər:

“Təlimlər zamanı hücum qrupları ilə birlikdə dron operatorları da fəaliyyət göstərir və real döyüş şəraitinə mümkün qədər yaxın vəziyyət yaradırlar. Hərbçilər havadan gələn təhlükəni vaxtında aşkar etməyi, düşmən dronlarına atəş açmağı, sığınacaqlardan istifadə etməyi və təhlükə aradan qalxdıqdan sonra hərəkəti davam etdirməyi öyrənirlər.

Bundan əlavə, döyüş hazırlığı zamanı nasos tipli tüfənglərdən fəal şəkildə istifadə olunur. Ukrayna hərbçiləri bu silahları, xüsusən də optik lifli idarəetmə kanalından istifadə edən FPV-dronlara qarşı “son ümid vasitəsi” kimi effektiv hesab edirlər”.

Tarix
2026.07.19 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla