Yuxarı

Məni susdururlar... - Nadejdin geri çəkilir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məni susdururlar... - Nadejdin geri çəkilir!

Dövlət Dumasına keçirilən seçki kampaniyasına son qoyuram, indi heç olmasa, sağ qalacağıma ümid edirəm.

Axar.az xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Boris Nadejdin Teleqram kanalında yazıb.

“Onlar məni susdurur, siyasətdən sıxışdırır və həyatımı çox çətinləşdirirlər. Mənə hücum edə bilən hər kəs hücum etdi: Ədliyyə Nazirliyi məni “xarici agent”, Daxili İşlər Nazirliyi və məhkəmə “ekstremizmin təbliğatçısı” adlandırdı, Federal Məhkəmə İcraçıları Xidməti xaricə səyahət etməyimi qadağan etdi, Əmanətlərin Sığortalanması Agentliyi və Arbitraj Məhkəməsi isə məni müflis elan etdi. Seçki qanunvericiliyinə görə, ekstremizmdə və xarici agentdə təqsirli bilinmək şəxsin Dövlət Dumasına seçilməsinə mane olur. Mənim üçün Rusiyada müxalifət siyasətində qanuni şəkildə iştirak etmək imkanları tükənib. Ümid edirəm ki, bu, müvəqqətidir. Mənə dəstək olan və seçki kampaniyasında iştirak edən insanları — ailəmi, qərargahımı, imzatoplayıcılarımı, tərəfdarlarımı təhlükəyə atmağa hazır deyiləm. Topladığımız yüzlərlə imzanı seçki komissiyasına təqdim etməyəcəyik. Seçki hesabına toplanan vəsait kollektorlara və qərargah işçilərinə maaş ödəmək üçün istifadə olunacaq, nəticələr barədə məlumat verəcəyəm”, - o bildirib.

Tarix
2026.07.20 / 16:20
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla