Yuxarı

İkiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat etdi

İngiltərə millisinin sabiq futbolçusu, ikiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan 76 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə "Skay" nəşri məlumat yayıb.

Onun uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişdiyi bildirilib.

Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin "Liverpul", "Nyukasl" və "Sauthempton", Almaniyanın "Hamburq", eləcə də Avstraliyanın "Blektaun Siti" klublarında çıxış edib. O, "Liverpul"un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkuboku və UEFA Kubokunun qalibi olub, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunu qazanıb. "Hamburq"un heyətində isə Almaniya çempionluğu və ölkə kubokunu əldə edib.

Kiqan 1978 və 1979-cu illərdə "Qızıl top" mükafatına layiq görülüb və bu mükafatı iki dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb. O, 2002-ci ildə İngiltərə Futbol Şöhrət Zalına qəbul edilib.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan "Nyukasl", "Fulhem" və "Mançester Siti" klublarını, həmçinin İngiltərə milli komandasını çalışdırıb.

Tarix
2026.07.20 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla