Yuxarı

Rusiyada benzin gizlədənlərin "ovuna” başlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada benzin gizlədənlərin "ovuna” başlanıldı

Rusiyanın Pskov vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları benzin ehtiyatı olan yerli sakinləri müəyyən etmək üçün reydlər keçirir. Qayda pozanlara 5000-15000 rubl məbləğində cərimələr tətbiq olunur.

Axar.az xəbər verir ki, bu barədə Pskov vilayətinin qubernatoru Mixail Vedernikov məlumat verib.

O qeyd edib ki, reydlər fərdi evlərin ərazisində və qaraj kooperativlərində davam edir.

Vedernikovun sözlərinə görə, yoxlamalar sakinlərin qarajlarında böyük miqdarda benzin ehtiyatı saxladıqlarını aşkar edib.

Qubernator bildirib ki, bu cür saxlama yanğın təhlükəsizliyi qaydalarına görə qəti qadağandır. Qayda pozanlara inzibati cərimələr tətbiq edilib.

Qeyd edək ki, Ukraynanın neft emalı müəssisələrinə ardıcıl zərbələri səbəbindən Rusiyada ciddi benzin çatışmazlığı yaşanır.

Tarix
2026.07.21 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla