Yuxarı

Putin referendumu soruşub? - Nikoldan sərt cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin referendumu soruşub? - Nikoldan sərt cavab

Referendumun keçirilməsi və onun təşkil olunma müddətləri ilə bağlı müzakirələr yersizdir, çünki bu məsələ üzrə qərar yalnız Ermənistanın suveren səlahiyyətlərinə aiddir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı zamanı referendumun keçirilmə vaxtına dair məsələ qaldırıb-qaldırmadığı barədə suala cavab verərkən deyib.

“Referendumun keçirilmə müddəti ilə bağlı müzakirələr yersizdir. Suveren hüquqlarımıza gəldikdə isə, qərarları biz qəbul edirik. Referendumu nə vaxt keçirmək, nə vaxt keçirməmək və hansı şərtlərlə təşkil etmək məsələsini yalnız biz müəyyən etməliyik. Buna görə də bu mövzuda müzakirələr yersizdir”, - o bildirib.

Paşinyan Ermənistanın AB ilə münasibətlərinə toxunaraq bildirib ki, bu məsələyə dair rəsmi məlumat mənbəyi üçüncü ölkələrin xüsusi xidmət orqanları deyil, birbaşa AB-dəki tərəfdaşlardır.

Qeyd edək ki, Rusiya kəşfiyyatı AB-nin "artıq indidən İrəvandan Rusiya ilə humanitar əlaqələri kəsməyi və Rusiya biznesinin ölkədəki fəaliyyətini azaltmağı tələb etdiyi" haqda məlumat yayıb.

Tarix
2026.07.29 / 17:07
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla