Yuxarı

Ukraynaya Rusiyanı vurmağa 2 ölkə yardım edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynaya Rusiyanı vurmağa 2 ölkə yardım edir

2026.07.29. 20:20

Ukraynanın əvvəlcə Rusiyanın onlarla iri neft emalı zavodunu, daha sonra isə “Wildberries” anbarlarını hədəf alan uzaqmənzilli zərbələri ABŞ və Fransa kəşfiyyatının yardımı sayəsində mümkün olub.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.

“ABŞ və Fransa kəşfiyyat xidmətləri Ukrayna qüvvələrinə hədəflərin seçilməsi, hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqelərin qiymətləndirilməsi və PUA-ların Rusiyanın dərinliklərində yerləşən hədəflərə çatmasına imkan verən marşrutların müəyyənləşdirilməsində yardım göstərib”, - mənbə bildirib.

Qeyd olunub ki, iyul ayında ilk dəfə olaraq zərbələr təkcə Rusiyanın enerji infrastrukturuna deyil, həm də “Wildberries”in anbarlarına endirilməyə başlanıb:

“Ukrayna qüvvələri son bir həftə yarım ərzində ümumi sahəsi təxminən 860 min kvadratmetr olan səkkiz anbara zərbə endirib. Bu, marketpleysin bütün anbar sahələrinin təxminən 15,4%-ni təşkil edir. Şirkət üçün ən böyük zərər Moskva vilayətinin Elektrostal şəhərində yerləşən “Wildberries” anbarına dəyib. İyulun 18-dəki hücumdan sonra orada təxminən 250 min kvadratmetr sahə yanaraq məhv olub. Kiyev həmçinin Rusiyanın neft infrastrukturu üzrə uzaqmənzilli zərbələrinin taktikasını dəyişib: neft emalı zavodları və rezervlərinə kütləvi hücum əvəzinə, Ukrayna kritik əhəmiyyətli qovşaqların vurulmasına üstünlük verib.

Həmçinin ABŞ kəşfiyyatı ukraynalılara Qara dənizdə, Aralıq dənizində və digər dənizlərdə tankerlərə qarşı dəniz dronları və kamikadze PUA-larla həyata keçirilən zərbələrdə yardım göstərir. Dron hücumları nəticəsində iyulun 28-də Tümen neft emalı zavodunda, iyulun 14-də “Qazpromneftexim Salavat” neft emalı zavodunda, iyulun 12-də “Rosneft”in “Sızran” Neft Emalı Zavodunda, iyulun 8-də Saratov neft emalı zavodunda, iyulun 6-da Omsk neft emalı zavodunda və iyulun 2-də “Lukoyl”un “Nijeqorodnefteorqsintez”ində emal dayandırılıb. Rusiyada neft emalı həcmləri iyul ayında sutkada 3,58 milyon barrelə qədər azalıb, bu, 2002-ci ildən bəri ən aşağı göstəricidir”.

Tarix
2026.07.30 / 10:36
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla