Yuxarı

ABŞ bu 50 ölkənin vətəndaşları üçün viza depoziti tətbiq edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ bu 50 ölkənin vətəndaşları üçün viza depoziti tətbiq edir

ABŞ Dövlət Departamenti 50 ölkənin vətəndaşlarına 20 min dollara qədər girov müqabilində giriş vizası vermək qərarına gəlib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Federal Reyestrdə (ABŞ hökumətinin rəsmi sənədlər toplusu) dərc edilmiş bildirişində qeyd olunub.

Sənədə əsasən, ABŞ hakimiyyəti pilot proqram çərçivəsində 2025-ci il avqustun əvvəlindən qüvvədə olan qaydaları 3 avqust tarixindən etibarən daimi olaraq qüvvəyə mindirməyi planlaşdırır. Bu proqram yalnız işgüzar və turist vizalarına (B-1 və B-2 kateqoriyaları) və ABŞ-də qanunsuz olaraq qalanların əhəmiyyətli bir hissəsini təşkil edən ölkələrin vətəndaşlarına şamil edilir.

Bundan əlavə, nağd pul girov seçimi, işgüzar və ya turist vizası üçün müraciət edən şəxsin ABŞ konsulluqlarına özü haqqında qeyri-kafi hesab etdikləri məlumatları təqdim etdiyi hallarda istifadə olunur.

Yeni qaydalar aşağıdakı ölkələrə şamil olunacaq. Əlcəzair, Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Butan, Botsvana, Burundi, Vanuatu, Venesuela, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qrenada, Gürcüstan, Cibuti, Dominika, Zambiya, Zimbabve, Kambodya, Qırğızıstan Kuba, Lesoto, Mavrikiy, Mavritaniya, Malavi, Mozambik, Monqolustan, Namibiya, Nepal, Nigeriya, Nikaraqua, Papua-Yeni Qvineya, San-Tome və Prinsipi, Seyşel adaları, Seneqal, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Tuvalu, Afrika Respublikası, Orta Türkmənistan, Tunis, Efiopiya.

Dövlət Departamentinin məlumatına görə, girov məbləği ABŞ-ni tərk etdikdən sonra tam şəkildə geri qaytarılacaq.

Tarix
2026.08.01 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla