Yuxarı

Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski

Birləşmiş Ərəb Əmirlikləri Ukraynaya Qara dənizdə ticarət marşrutlarının təhlükəsizliyinin təmin olunmasında kömək edə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ilə telefon danışığının yekunlarına dair açıqlamasında bildirib.

"Biz BƏƏ-nin Avropada, xüsusilə də Qara dəniz regionunda bizə necə kömək edə biləcəyini müzakirə etdik. Söhbət ərzaq təhlükəsizliyindən, dəniz marşrutlarının təhlükəsizliyindən və insan həyatının qorunması imkanlarının genişləndirilməsindən gedir. Həmçinin müxtəlif sahələrdə ikitərəfli layihələri müzakirə etdik. Bütün bunların həyata keçirilməsi üçün çalışırıq", – deyə Zelenski vurğulayıb.

O, həmçinin BƏƏ-yə vəziyyəti tam anlayışla qarşılamasına və Ukraynanın sülh səylərinə verdiyi dəstəyə görə təşəkkür edib.

"Ukrayna həmişə bizə kömək edənlərə dəstək verir. Bu il ukraynalılar tərəfdaşlarımızın Fars körfəzi regionunda təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə veriblər", – deyə dövlət başçısı əlavə edib.

Tarix
2026.08.02 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla