Yuxarı

Gürcüstan ali təhsili pulsuz edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, yeni maliyyələşdirmə modeli çərçivəsində tələbələrin təhsilə marağını və motivasiyasını qorumaq üçün xüsusi mexanizmlər nəzərdə tutulub.

"Pulsuz ali təhsillə bağlı çox aydın açıqlama verildi. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Tələbələrin motivasiyasını itirməməsini təmin etmək üçün müəyyən mexanizmlər yaradılıb", – İ.Kobaxidze deyib.

Onun sözlərinə görə, əgər tələbə bir semestr ərzində iki fəndən kəsilərsə, bu, onun tədris prosesində kifayət qədər iştirak etmədiyini göstərir:

"Belə halda, üçüncü semestrdən etibarən dövlət maliyyələşdirilməsinin həcmi azaldılacaq. Bunun yeganə məqsədi tələbələrin təhsilə marağını və motivasiyasını artırmaqdır".

Siyasətçi əlavə edib ki, ölkədə iqtisadi artım tempinin yüksək səviyyədə qalmasının əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır. Belə ki, cari ilin ilk altı ayı üzrə iqtisadi göstəricilər Beynəlxalq Valyuta Fondunun (BVF) ilkin proqnozlarını əhəmiyyətli dərəcədə üstələyib:

"Ötən ay iqtisadi artım 8,6%, ilin ilk altı ayında isə orta hesabla 7,9% təşkil edib. Bu göstəricilər BVF və digər beynəlxalq maliyyə institutlarının əvvəlcədən açıqladığı proqnozlardan xeyli yüksəkdir. İqtisadi sistemimiz dayanıqlılıq nümayiş etdirir. İqtisadi artımın davamlı olmasında korrupsiyaya qarşı mübarizə mühüm rol oynayır. İqtisadi artım tempini qoruyub saxlamağımızın əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır. Bilirsiniz ki, yuxarı eşelonlarda korrupsiya tamamilə aradan qaldırılıb və bu, iqtisadi artımın qorunmasına, hətta daha da sürətlənməsinə birbaşa töhfə verir".

Tarix
2026.08.02 / 16:51
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla