Yuxarı

Rusiya yenidən bu üsula əl atdı: Reaktiv bombalarla zərbə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya yenidən bu üsula əl atdı: Reaktiv bombalarla zərbə...

İyulun son 10 günü ərzində rusiyalılar Pavloqrada idarəolunan aviasiya bombalarından istifadə etməklə üç dəfə zərbə endiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Militari" nəşri məlumat yayıb.

Bu, reaktiv mühərriklə təchiz edilmiş UMPB-5R idarəolunan aviasiya bombalarının istifadəsinin yenidən bərpa olunduğunun göstəricisidir.

"Pavloqrad cəbhə xəttindən təxminən 75 kilometr məsafədə yerləşir. Şəhərə endirilən və nəticədə yeddi nəfərin həlak olduğu zərbələr iyulun 20-si, 23-ü və 30-da həyata keçirilib", - nəşr yazıb.

OSINT-in analitiki Klement Molin də hadisə ilə bağlı danışarkən qeyri-adi dərəcədə uzaqmənzilli zərbələrə diqqət çəkib:

"Rusiya təyyarəsi tərəfindən buraxılma nöqtəsindən zərbələrin endirildiyi yerlərə qədər məsafə təxminən 150 kilometr olub, bu da aviasiya bombalarının olduqca böyük uçuş məsafəsinə malik olduğunu göstərir. Bu, düşmənin reaktiv mühərriklə təchiz edilmiş UMPB-5R aviasiya bombalarından istifadəni yenidən bərpa etdiyini göstərə bilər".

Tarix
2026.08.03 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla