Yuxarı

Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...

Seuta ərazisində xidmət aparan Mərakeş təhlükəsizlik qüvvələri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Seutadan təxminən 5 kilometr məsafədə yerləşən Fnidek şəhərində və ətraf ərazilərdə əhəmiyyətli sayda əlavə qüvvələr yerləşdirilib, təhlükəsizliyin təmin edilməsi üzrə gücləndirilmiş hazırlıq rejimi elan edilib. Polisə sərhədi pozmağa cəhd edən şəxslərin sərt şəkildə qarşısının alınması tapşırığı verilib. Bundan əlavə, sahil xətti və sərhəd ərazilərinə aparan yollarda nəzarət tədbirləri gücləndirilib.

Mənbələr bildiriblər ki, bu tədbirlər sosial şəbəkələrdə Seuta ilə sərhədin kütləvi şəkildə qanunsuz keçilməsinə hazırlıqla bağlı məlumatların yayılmasından sonra görülüb. Bundan əvvəl sosial şəbəkələrdə yeni kütləvi miqrasiya dalğasına və böyük qruplar halında Seuta sərhədinin eyni vaxtda keçilməsinə çağırışlar yayılıb. Bəzi paylaşımlarda İspaniyaya köçmək və bu ölkədə iş tapmaq imkanları barədə məlumatlar da yer alıb. Yeni kütləvi keçidin avqustun 15-də həyata keçirilməsinin planlaşdırıldığı bildirilir.

Bununla əlaqədar Mərakeş hakimiyyəti bir daha xəbərdarlıq edib ki, bu cür çağırışların yayılması və ya qanunsuz miqrasiyaya təhrik qanunvericiliyə əsasən cəzalandırılır.

Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant dəniz yolu ilə, eləcə də Seutanı Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək muxtar şəhərə çatmağa nail olub.

İspaniya tərəfinin məlumatına görə, son günlər Seuta sərhədini keçən miqrantların sayı təxminən 72 min nəfər olub. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə isə, sərhədi qanunsuz keçməyə cəhd edənlərin faktiki sayı Seuta istiqamətində təxminən 40 min, Melilya istiqamətində isə 1135 nəfər təşkil edib.

Mərakeş Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Seuta ilə sərhədi keçərkən 11 nəfər həyatını itirib. İspaniya hökuməti isə bu rəqəmin azı 72 olduğunu bildirir.

Tarix
2026.08.07 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla