Yuxarı

Ərdoğan böyük dəyişikliyə hazırlaşır - Bu nazirlər göndərilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan böyük dəyişikliyə hazırlaşır - Bu nazirlər göndərilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Nazirlər Kabinetində böyük dəyişikliklərə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Pəncərə” qəzeti məlumat yayıb.

Məlumata görə, sənaye və texnologiya naziri Mehmet Fateh Kacır vəzifəsindən azad ediləcək. Buna səbəb Çin avtomobil istehsalçısı BYD-nin Manisa əyalətində 1 milyard dollarlıq elektrik və hibrid avtomobil zavodu layihəsinin dayandırılmasıdır. Bu hadisə Türkiyə ilə marka arasında böyük böhrana səbəb olmuşdu. Kacırı bu postda Müdafiə Sənayesi Departamentinin rəhbəri Haluk Görgün əvəz edəcək.

“Türkiyənin hazırkı ətraf mühit naziri Murad Kurumun Nəqliyyat və İnfrastruktur Nazirliyinə rəhbərlik etmək üçün hazırkı nazir Abdulqadir Uraloğlunu əvəz edəcəyi gözlənilir. Bu dəyişiklik İstanbul kanalı layihəsinin həyata keçirilməsi ilə bağlı vəziyyətlə əlaqədardır”, - nəşr qeyd edib.

Bundan başqa, ticarət naziri Ömər Bolat və gənclər və idman naziri Osman Aşkın Bakın da istefaya göndəriləcəyi bildirilib.

Tarix
2026.08.14 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla