Yuxarı

Tibrin suyu azaldı, 2 min il əvvəlin körpüsü üzə çıxdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tibrin suyu azaldı, 2 min il əvvəlin körpüsü üzə çıxdı - Foto

İtaliyanın paytaxtı Romada Tibr çayında suyun səviyyəsinin azalması nəticəsində təxminən 2 min il əvvəl tikilmiş qədim Roma körpüsünün qalıqları üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, Avropada hökm sürən isti hava və yağıntıların olmaması Tibr çayında suyun səviyyəsinin kəskin azalmasına səbəb olub. Neron körpüsü vaxtilə Romanın mərkəzini Tibr çayının sağ sahili ilə birləşdirib.

Arxeoloq Antonella Bonininin sözlərinə görə, körpü ən çox Roma imperatoru Neronla əlaqələndirilsə də, alimlər onun daha əvvəl inşa edildiyini düşünürlər. Ehtimala görə, körpü Neronun əmisi, imperator Kaliqulanın dövründə tikilib və onun artıq eramızın 39-cu ilində mövcud olduğu məlumdur.

Tarix
2026.08.16 / 01:09
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla