Yuxarı

Biz Ukraynaya uduzuruq, qalib gələ bilməyəcəyik - Klepaç

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz Ukraynaya uduzuruq, qalib gələ bilməyəcəyik - Klepaç

Rusiya Ukraynanı Qərb dəstəklədiyi müddətdə tükəndirmə müharibəsində qalib gələ bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya dövlət bankı VEB-in baş iqtisadçısı Andrey Klepaç bildirib.

Klepaç Qərbin sanksiyalarının və Ukraynanın Rusiyanın nəqliyyat, neft-qaz və hərbi-sənaye infrastrukturuna endirdiyi zərbələrin Rusiya iqtisadiyyatı üçün artan xərclərinə diqqət çəkib. Onun sözlərinə görə, müharibədə ilişib qalan Rusiya texnoloji və iqtisadi rəqabətdə dünyanın qalan hissəsindən geri qalır.

“Biz geri qalırıq. Dünyada həm texnoloji, həm də iqtisadi rəqabəti uduzuruq. Üstəlik, mən artıq demişəm ki, biz bu rəqabəti təkcə Çin və ABŞ-a deyil, müəyyən mənada Ukraynaya da uduzuruq”, – Klepaç qeyd edib.

Bankir vurğulayıb ki, Ukrayna iqtisadiyyatı “müəyyən hissədə dağıdılıb” və demoqrafik fəlakətdən əziyyət çəkir. Lakin bütün bunlara baxmayaraq, ölkə, o cümlədən Qərbin böyük maliyyə yardımı hesabına “sağ qalır”.

“Biz bu tükəndirmə müharibəsində rəqabəti qazana bilməyəcəyik. Bizdə belə bir illüziya var ki, orada hər şey çökəcək. Amma çökmədi və çökməyəcək. Bizim xərclərimiz artır”, – Klepaç deyib.

Bankirin sözlərinə görə, 2023–2024-cü illərdəki hərbi bumdan sonra Rusiya iqtisadiyyatı hazırda geriləmə mərhələsinə keçib. O bildirib ki, aviasiya sənayesindən tutmuş qida sənayesinə qədər mülki sektorlar artıq tənəzzülə uğrayıb.

Klepaç hesab edir ki, iqtisadi çətinliklər sonda Rusiyada “sosial böhrana” səbəb olacaq. Üstəlik, bunun məhz heç kimin xüsusilə gözləmədiyi bir vaxtda baş verə biləcəyini düşünür.

“Xatırladıram ki, heç kim Fevral inqilabını da gözləmirdi. Lenin 1916-cı ilin dekabrında yazırdı ki, “biz buna qədər yaşamayacağıq”, amma cəmi bir neçə ay sonra özü də buna şahid oldu. İqtisadi baxımdan biz çökməyəcəyik, lakin bütün nəticələri ilə birlikdə geriliyimiz artmaqda davam edəcək”, – o qeyd edib.

Tarix
2026.08.16 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla