Yuxarı

Lənkəranskini sifariş verən oğrunun işi itdi – Müəmma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranskini sifariş verən oğrunun işi itdi – Müəmma

Rusiya mafiyasının həbsdə olan lideri, qanuni oğru Zaxariya Kalaşovun (Şakro Molodoy) istintaq materialları Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən itib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt" agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik itən materialların içərisində Kalaşovun cinayət şəbəkəsini necə yaratması ilə bağlı dəlillər olduğunu bildirib.

Qeyd edək ki, Kalaşov "Elements" restoranının sahibindən külli miqdarda pul tələb edilməsi ilə bağlı açılan cinayət işi çərçivəsində iyulun 13-də tutulub.

Zaxariya Kalaşov Tiflisdə anadan olub. O, əslən yezidi kürdüdür. Kalaşov 2005-ci ildə İspaniya polisinin rus mafiyasına qarşı keçirdiyi xüsusi əməliyyatdan canını qurtara bilib. Lakin 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək, İspaniyaya ekstradisiya edilib. Həbsdən azad edildikdən sonra yenidən Rusiyaya qayıdıb.

O, 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir. İddialara görə, Ded Xasanın əsas əleyhdarlarından olan Rövşən Lənkəranski haqqında ölüm qərarı çıxaranın da Kalaşov olduğu iddia edilir.

Kalaşov Rusiya kəşfiyyatı ilə də çalışıb. İspaniya prokuroru Xose Qrindanın iddiasına görə, məhz Rusiya hərbi kəşfiyyatının istəyi ilə Kalaşov Türkiyədəki vəziyyətin destabilizasiyası üçün bu ölkədəki kürdlərə illeqal silah verib.

Tarix
2016.10.12 / 13:06
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla