Yuxarı

Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı

Ermənistanda “Hayakve” (“Ayakve”) təşəbbüsünün koordinatoru, revanşist Avetik Çalabyan məhkəmə qərarı ilə həbsdən azad edilib.

Axar.az Bakupost-a istinadən xəbər verir ki, İrəvanın Şenqavit rayonunda keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Çalabyanın həbs müddətinin daha iki ay uzadılmasını istəyib. Müdafiə tərəfi isə onun azadlığa buraxılmasını tələb edib.

Hakim David Balayan tərəfləri dinlədikdən sonra Çalabyanın həbsdə saxlanılması üçün əsasların olmadığını bildirib və onun barəsində hər hansı digər qətimkan tədbirinin də seçilməməsinə qərar verib. Çalabyan məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Çalabyan iyunun 24-də saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib. Ona qarşı 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərində vətəndaşların seçki hüququnun həyata keçirilməsinə mane olmağa hazırlıqla bağlı ittiham irəli sürülüb. Çalabyan ittihamları rədd edir.

Çalabyan Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin əsas tənqidçilərindən biri kimi tanınır. O, “Hayakve” milli-vətəndaş hərəkatının koordinatorudur.

Tarix
2026.08.22 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla