Formula-1: ikinci sərbəst yürüşdə qəza oldu - Foto
16:41
| Ana səhifə Planet |
|
15:31
Türkiyənin Giresun vilayətinin Piraziz rayonuna bağlı Dərəgözü kəndində yüksək gərginlikli elektrik xətləri ilə bağlı işlər aparan helikopter naməlum səbəbdən qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Helikopterdə olan ekipaj üzvlərinin sayının bəlli olmadığı bildirilib.
Məlumata görə, Giresun valisi Mustafa Koç hadisə baş verən əraziyə gedib.
Bölgəyə axtarış-xilasetmə qrupları da göndərilib.
***
Giresunda helikopter qəzası ilə bağlı yayılan məlumat yalan ola bilər.
Bu barədə Giresun Valiliyinin yaydığı açıqlamada bildirilib.
“Bölgəyə axtarış-xilasedici qruplar göndərilsə də, qəza ilə bağlı heç bir iz tapılmayıb. Buna baxmayaraq, axtarış işləri davam etdirilir”, - açıqlamada bildirilib.
|
Tarix
2026.08.22 / 16:43
|
Müəllif
Samir Soltanov
|