Yuxarı

Vətəndaşlığı olmayan qanuni oğru həbs edildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətəndaşlığı olmayan qanuni oğru həbs edildi - Foto

Ukraynada kriminal aləmdə “Kutsu” ləqəbi ilə tanınan qanuni oğru 54 yaşlı Georgi Lobjanidze saxlanılıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində anadan olan Lobjanidze avqustun 13-də Ukrayna Milli Polisinin Strateji Araşdırmalar Departamentinin əməkdaşları tərəfindən Kiyevdə tutulub.

Bildirilib ki, o, ölkə ərazisinə rəsmi sərhəd-keçid məntəqələrindən kənar daxil olub.

Barəsində inzibati protokol tərtib edildikdən sonra Lobjanidze Volın vilayətindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. O, sonrakı məhkəmə proseslərinə videokonfrans vasitəsilə qatılıb.

Məhkəmə materiallarına əsasən, avqustun 18-də Kiyevin Dnepr Rayon Məhkəməsi Ukrayna Dövlət Miqrasiya Xidmətinin iddiasını qismən təmin edib. Hakim onun şəxsiyyətinin müəyyənləşdirilməsi və ölkədən məcburi çıxarılmasının təmin olunması məqsədilə 45 gün müddətinə saxlanılması barədə qərar çıxarıb.

Məlumata görə, Lobjanidze ilə Ukrayna hakimiyyəti arasında əsas mübahisələrdən biri onun Ukrayna pasportu ilə bağlıdır. O, 2008-ci ildə Donetsk vilayətinin Makeyevka şəhərində Ukrayna sənədləri əldə edib. Lakin 2012-ci ilin mayında prosedur pozuntuları əsas gətirilərək onun Ukrayna vətəndaşlığı ləğv olunub.

Lobjanidze isə uzun illərdir bu qərarla razılaşmır və məsələ ilə bağlı məhkəmə çəkişmələri davam edir.

Son 10 il ərzində onun Ukraynaya girişinə dəfələrlə qadağa qoyulduğu, Kiyev və Çerniqov vilayətlərində bir neçə dəfə saxlanıldığı bildirilir. Bununla belə, həmin halların heç birində ona qarşı cinayət ittihamı irəli sürülməyib.

2021-ci ilin mayında Lobjanidze barəsində sanksiyalar tətbiq olunub. Sonradan onun Türkiyəyə köçdüyü bildirilirdi.

Məlumata görə, 2022-ci il sentyabrın 11-də Lobjanidze İstanbulun şimal hissəsində kriminal aləm nümayəndələrinin toplantısında iştirak edib. Həmin toplantı silahlı insidentlə başa çatıb.

Lobjanidze 2015-ci ildə Gürcüstan vətəndaşlığından çıxıb və hazırda Ukrayna hakimiyyəti tərəfindən hüquqi baxımdan vətəndaşlığı olmayan şəxs hesab edilir.

Rəsmi məlumatlara əsasən, o, son səkkiz il ərzində həqiqi sənədlərlə Ukrayna sərhədini keçməyib. Bununla belə, kriminal dairələrdə onun Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsi başladıqdan sonra da zaman-zaman Ukraynaya gizli şəkildə gəldiyi iddia olunub.

Tarix
2026.08.22 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla