Yuxarı

Rusiya bu PUA-ların istehsalını artır - Beskrestnov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu PUA-ların istehsalını artır - Beskrestnov

Hazırda ruslar reaktiv pilotsuz uçuş aparatlarının istehsalını fəal şəkildə artırırlar və “Banderol” raket-dronlarının aylıq istehsalını 300–400 ədədə çatdıra bilərlər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin müdafiənin texnoloji istiqamətlərinin inkişafı məsələləri üzrə müşaviri Sergey Beskrestnov bildirib.

“Hazırda ruslar reaktiv PUA-ların, “Şahid”lərin istehsalını artırırlar. Çünki onlar bilirlər ki, biz adi PUA-larla effektiv mübarizə apara bilirik. Onlar zərbə məqsədli adi benzin mühərrikli “Şahid”lərdən istifadəyə davam edirlər, lakin sərhədyanı ərazilərdə...”, – Beskrestnov deyib.

Onun sözlərinə görə, cəbhəboyu ərazilərdə işğalçılar daha yüksək sürət inkişaf etdirə bilən reaktiv versiyalı zərbə PUA-larından getdikcə daha fəal istifadə edirlər.

Ukrayna prezidentinin müşaviri həmçinin bildirib ki, Rusiya artıq əsas diqqətini reaktiv “Geran-3”ə yönəltmir, çünki onun sürət göstəriciləri yetərli olmayıb. Bunun əvəzinə ruslar daha güclü “Geran-4”ə və “Banderol”a üstünlük verirlər.

“Banderol” – demək olar ki, bunu PUA adlandırmaq olmaz, bu artıq kiçik raketdir. Əlbəttə, onu real vaxt rejimində idarə etmək mümkün deyil, lakin onun təxminən 100 kiloqram ağırlığında döyüş başlığı var. Bu isə reaktiv “Şahid”in döyüş başlığından iki dəfə çoxdur”, – deyə o vurğulayıb.

O qeyd edib ki, yüksək sürəti və aktiv manevr etmək qabiliyyətinə görə “Banderol” Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün daha çətin hədəfdir. Onun proqnozuna görə, Rusiya bundan sonra da bu silaha üstünlük verəcək.

Tarix
2026.08.23 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla