Yuxarı

ABŞ-da hakim Trampa qarşı çıxdı: Söz azadlığını pozur...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da hakim Trampa qarşı çıxdı: Söz azadlığını pozur...

Kaliforniyadakı federal hakim ABŞ hökumətinin İsrailə qarşı tənqidləri yatırmaq və Fələstinə dəstəyi məhdudlaşdırmaq üçün deportasiya təhdidindən istifadə etməsini konstitusiyaya zidd hesab edib.

Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.

Hakim Noel Vays federal hökumətin ABŞ Konstitusiyası ilə təmin edilən söz və mətbuat azadlığı hüquqlarını pozduğuna qərar verib.

Qərarda bildirilib ki, Tramp administrasiyasının immiqrasiya siyasəti əcnəbi tələbələrin və “Stenford Deyli” qəzetinin əməkdaşlarının immiqrasiya problemləri və deportasiya qorxusu səbəbindən nəşrlərdən, tapşırıqlardan və ictimai çıxışlardan imtina etməsinə səbəb olub.

Hakimin sözlərinə görə, əgər insanlara yalnız hökumət və onun nümayəndələrinin tətbiq etdiyi fikirləri ifadə etməyə icazə verilirsə, o zaman ifadə azadlığı öz mənasını itirir:

“Söz azadlığı hüququ insanlara xoşagəlməz, mövcud siyasi baxışlara zidd olan və ya ölkənin daxili və xarici siyasətinə meydan oxuyan fikirlər bildirmək hüququnu təmin edir”.

Nəşr bildirib ki, bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldıran “Stenford Deyli” tələbə qəzeti üçün qələbə olub.

“Stenford Deyli” qəzetini təmsil edən Fərdi Hüquqlar və İfadə Azadlığı Fondu (FİRE) hakimin qərarını alqışlayıb.

Tarix
2026.08.30 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla