Yuxarı

Putin Çindən asılı vəziyyət düşür - VSJ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Çindən asılı vəziyyət düşür - VSJ

Rusiya Prezidenti Vladimir Putinin ən mühüm strateji tərəfdaşı olan Çin lideri Si Szinpinlə son görüşündənkeçən aylar ərzində müharibə şəraitində onların vəziyyəti müxtəlif istiqamətlərdə inkişaf edib və aralarındakı fərq getdikcə daha da dərinləşib. Rusiya yay aylarında Ukraynanın ölkənin neft-qaz sənayesinə və iqtisadi baxımdan həssas digər hədəflərə endirdiyi ağrılı zərbələrlə üzləşdiyi halda, Çin İranla müharibənin yaratdığı qlobal şokdan neft bazarları üzərində daha böyük təsir imkanları və Qərbin təzyiqinə qarşı daha yüksək dayanıqlılıqla çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

"İki liderin hakimiyyət və nüfuzunda dəyişən vəziyyət avqustun 31-də Qırğızıstanda keçiriləcək görüş zamanı diqqət mərkəzində olacaq. Həmçinin onların ABŞ hakimiyyətinə qarşı birgə müqaviməti də açıq şəkildə özünü göstərəcək. Görüş təhlükəsizlik məsələlərinə yönəlmiş 10 ölkədən ibarət Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində keçiriləcək. Təşkilata İranın da daxil olması beynəlxalq təcrid vəziyyətində olan rejimə əlavə beynəlxalq legitimlik qazandırır. Çin Tehran ABŞ-ın hərbi və iqtisadi təzyiqlərinin öhdəsindən gəlməyə çalışdığı bir vaxtda İrana maliyyə dəstəyi göstərib. Bu arada İran Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi ölümcül pilotsuz uçuş aparatlarını tədarük edib.

Ukraynadakı müharibə fonunda Rusiya necə Çinin kiçik tərəfdaşına çevrilir? Moskva keçmiş sovet respublikası olan Qırğızıstanda aviabaza saxlayır. Lakin Rusiyanın Ukraynada apardığı uzunmüddətli müharibə fonunda Moskvanın beynəlxalq nüfuzu zəiflədikcə, Çin bu ölkədə öz mövcudluğunu gücləndirib. Bu dinamika Mərkəzi Asiyanın hüdudlarından çox-çox kənara çıxır. Çinin daha dominant rolu Kremlin öz daxilində də hiss olunur: Rusiya iqtisadiyyatı Pekindən getdikcə daha çox asılı vəziyyətə düşdükcə, Putin artıq kiçik tərəfdaş rolunu qəbul etməyə məcburdur", - məlumatda deyilib.

Tarix
2026.08.31 / 09:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla