Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər
10:59
| Ana səhifə Planet |
|
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimlərinin keçirildiyi zalda baş verən yanğın nəticəsində azı 22 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yanğın cümə günü gecə şəhərin Linqvala rayonunda başlayıb və şənbə günü səhər saatlarınadək davam edib. Hadisə nəticəsində bir neçə nəfər də xəsarət alıb.
Linqvala rayonunun meri Norbert Muşinqa ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Hadisənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.
|
Tarix
2026.09.05 / 23:06
|
Müəllif
Axar.az
|