Yuxarı

Suriyada partizan müharibəsi başlayacaq - Mistura

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada partizan müharibəsi başlayacaq - Mistura

Suriyada müharibə Hələbin hökumət qüvvələri tərəfindən ələ keçirilməsi ilə bitməyəcək. Belə olan halda, müxalifətin partizan müharibəsi aparması ehtimalı çox yüksəkdir.

APA-nın xəbərinə görə, bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura İsveçin "Svenska Dagbladet" qəzetinə verdiyi müsahibəsində deyib.

"Bu müharibə Hələbin ələ keçirilməsi ilə bitən deyil. Yəni bilavasitə müharibə fazası bitə bilər, Hələb Suriya hökumətinin nəzarəti altına keçə bilər, minlərlə insan həlak ola, təxminən 150 min nəfər qaçqına çevrilə bilər. Bundan sonra qanlı partizan müharibəsinin başlaması ehtimalı çox böyükdür. Müxalifət ona yardım edən ölkələrin dəstəyi ilə mübarizəni davam etdirəcək. Bu hamı, o cümlədən Bəşər Əsəd və onu dəstəkləyənlər üçün dəhşətli ssenaridir. Hər halda indi elə görünür ki, Əsəd məsələnin hərbi yolla həll ediləcəyinə əmindir. Güman edirəm ki, Rusiya bu cür ssenarinin həyata keçirilməsinin tərəfdarı deyil", - deyə de Mistura bildirib.

Tarix
2016.10.20 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla