Yuxarı

Rus mafiya lideri, Lənkəranskinin ölüm hökmü...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus mafiya lideri, Lənkəranskinin ölüm hökmü...

Qanuni oğru Şakro Molodoy (Zaxariya Kalaşov – red.) Rusiyadakı bütün cinayətkar qruplar arasında maliyyə vasitələrinin bölüşdürülməsinə nəzarət edib.

Axar.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiya Kalaşovun cinayət işi ilə əlaqədar aparılan istintaq materiallarında yer alıb. Cinayət işi materiallarında Kalaşovun Rusiyadakı bütün cinayətkar qruplara rəhbərlərin təyin edilməsi məsələsinə nəzarət etdiyi də bildirilib.

Qeyd edək ki, Zaxariya Kalaşov Rusiya mafiyasının lideri hesab edilir. İndiyə qədər Rusiya rəsmilərindən heç kim onun belə bir mafiyanın nəinki lideri olması, heç bu mafiyanın mövcudluğu barədə də bir kəlmə də işlətməyib. Kalaşova cinayətkar qruplar arasında maliyyə vasitələrinin bölüşdürülməsi işində şəxsi maliyyəçisi Konstantin Manukyan kömək edib. O, hazırda rəsmi Moskva tərəfindən beynəlxalq axtarışa verilib.

Zaxariya Kalaşov Tiflisdə anadan olub. O, əslən yezidi kürddür. Kalaşov 2005-ci ildə İspaniya polisinin rus mafiyasına qarşı keçirdiyi xüsusi əməliyyatdan canını qurtara bilib. Lakin sonradan 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək, İspaniyaya ekstradisiya edilib. Həbsdən azad edildikdən sonra yenidən Rusiyaya qayıdıb. O, 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir. İddialara görə, Kalaşov hətta Ded Xasanın əsas əleyhdarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm qərarı çıxarıb.

Kalaşov Rusiya kəşfiyyatı ilə də çalışıb. İspaniya prokuroru Xose Qrindanın iddiasına görə, məhz Rusiya hərbi kəşfiyyatının istəyi ilə Kalaşov Türkiyədəki vəziyyətin destabilizasiyası üçün bu ölkədəki kürdlərə illeqal silah verib.

Tarix
2016.10.21 / 14:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla