Yuxarı

ABŞ “Putinin aşpazı”nı da qara siyahıya saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ “Putinin aşpazı”nı da qara siyahıya saldı

01:02

ABŞ Maliyyə Nazirliyi Krımın ilhaqına və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya tətbiq edilən sanksiyaları genişləndirib.

Axar.az xəbər verir ki, genişləndirilmiş sanksiya siyahısına 7 fiziki şəxs, onlarla təşkilat və Rusiya bayrağı altında üzən iki gəmi əlavə olunub.

Siyahıya əlavə olunan şəxslər Mixail Dedov, Mixail Klişin, Kiril Kovalçuk, Dmitri Lebedev, Dmitri Mansurov, Oleq Minayev və Yevgeni Priqojindir.

ABŞ Maliyyə Nazirliyi onların vəzifələri barədə əlavə məlumat verməyib.

BBC-nin Rusiya xidməti qara siyahıya salınan şəxslər barədə araşdırma aparıb. Məlum olub ki, “Rossiya” bankının top-meneceri Mixail Klişin, həmin bankın səhmdarı Yuri Kovalçukun qohumu, “Milli Media Qrupunun” başçısı Kiril Kovalçuk və biznesmen Yevgeni Priqojin ABŞ-ın qara siyahısına düşüb.

Priqojinə həm də “Putinin aşpazı” deyirlər və o, “kremlyönlü internet trolları fabriki”nin sahibidir.

Sanksiya siyahısına salınmış şirkətlər arasında isə “Trans-Flot”, “Krım Dəmir Yolları” və “Krım portları” firmaları var.

Siyahıya “Marşal Jukov” və “Stalinqrad” tankerlərinin də adları salınıb.

Bundan başqa, ABŞ hökuməti artıq siyahıda olan “Novatek” şirkətinin 26 filialına və Rosselxozbanka qarşı əlavə məhdidiyyətlər tətbiq edib.

Xatırladaq ki, ABŞ 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya müxtəlif sahələrdə sanksiyalar tətbiq edir. Bu siyahıda olanların ABŞ ərazisinə daxil olması qadağandır.

Tarix
2016.12.21 / 11:23
Müəllif
Pərviz, Hacı
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla