Yuxarı

ABŞ kəşfiyyatı insanları necə izləyir? - Şok açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ kəşfiyyatı insanları necə izləyir? - Şok açıqlama

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden Avropa Şurasına şok sənədlər təqdim edib.

"Axar.az" xəbər verir ki, Moskvadan canlı yayımla Strasburqdakı iclasa qatılan Snouden ABŞ kəşfiyyatının kütləvi şəkildə şəxslər və qrupları təqib etdiyini deyib.

Dinləmə və izləmə fəaliyyətlərinin tamamilə Milli Təhlükəsizlik Qurumunun (NSA) nəzarətində olduğunu və onun texnologiyaları əsasında aparıldığını deyən Snouden dəyişik alqoritmlərdən istifadə edərək həyata keçirilən elektron izlənilmə sisteminin təkcə siyasi deyil, həm də iqtisadi sahələri də əhatə etdiyini bildirib.

Snouden bildirib ki, elektron dinləmə və izləmə əməliyyatları nəticəsində şəxslərin siyasi fəaliyyətləri, yerləşdikləri ərazi, şəxsi məlumatları, dostluq və iş münasibətləri rahat şəkildə izlənilir: "Tam əminliklə deyə bilərəm ki, mesajlarınız oxunur. Mən şəxsən şəxslər və qrupları izləmək üçün xüsusi alqoritmlər yaratmışam".

Haqqında yeni cinayət işinin açılacağı səbəbindən təfərrüatları açıqlamayacağını deyən Snouden bildirib ki, indiyə qədər üzə çıxan məlumatlar aysberqin görünən tərəfidir.

Qeyd edək ki, Snouden ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramlarından geniş miqyasda informasiyalar sızdırıb. Bundan başqa o, PRİSM Milli Təhlükəsizlik Agentliyinin mühüm saytların elektron əlaqələrini izləməyə imkan verən məxfi proqramı haqda informasiyanı ortaya çıxarıb. Həmin açıqlamalardan sonra Snouden ABŞ dövlətinin təqibinə məruz qalıb.

Tarix
2014.04.09 / 12:27
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - Canlı

Hikmət Hacıyev Alen Simonyanla görüşdü - Foto

ŞƏT üçün vacib arteriyalardan biri məhz Bakıdır

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla