Yuxarı

Qazaxıstandan Rusiyanın torpaq iddiasına cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstandan Rusiyanın torpaq iddiasına cavab

Rusiyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bu gün sözügedən ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Axar.az" xəbər verir ki, rusiyalı diplomatın təcili şəkildə nazirliyə çağırılmasına səbəb Rusiyanın Xakasiya vilayəti parlamentinin sədri Vladimir Ştıqaşevin Qazaxıstana qarşı ərazi iddiası ilə çıxış etməsidir. Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Nurjana Aytmaxanova bildirib ki, rusiyalı siyasinin qeyri-konstruktiv çıxışı ölkəsinin narahatlığına səbəb olmaya bilməz:

"Hər halda hesab edirik ki, ya Ştıqaşev düşünmədən belə açıqlama verib, ya da media bunu təhrif edib. Ölkələrimiz arasında sərhədin delimitasiyası 2005-ci ildə başa çatıb. 2006-cı ilin yanvar ayının 12-də isə razılaşmanın son variantına dair müqavilələrə imza atılıb. Ölkələrimiz arasında dostluq əlaqələri var. Həm Qazaxısatan, həm də Rusiya bölgədə və dünyada təhlükəsizliyin qorunması üçün birgə səy göstərir. Ümid edirik ki, Rusiya hökuməti Ştıqaşevin ifadələrinə lazımı reaksiya verəcək".

Xatırladaq ki, Rusiyanın Xakasiya vilayəti parlamentinin sədri Vladimir Ştıqaşev dünən mediaya açıqlamasında Qazaxıstan ərazisinin bir hissəsinin Rusiyaya aid olduğunu və həmin əraziləri xalqın tələb etmə haqqını bildirmişdi.

Tarix
2014.04.10 / 22:34
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla