Yuxarı

Putin və Tramp arasında alyans mümkün deyil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da rəhbərliyin dəyişməsi ilə Vaşinqtonla Moskva arasında münasibətlərdə yeni səhifənin açılmasını istəyənlər hələ çox gözləməli olacaq.

Musavat.com xəbər verir ki, bunu Avstriyanın İnsbruk universitetinin beynəlxalq məsələlər üzrə eksperti, professor Gerhard Manqot “Der Standart” qəzetinə yazdığı məqalədə ifadə edib.

“Son dövrlərdə baş verən bir çox hadisə ABŞ-ın Rusiya siyasətini Tramp dövründə də dəyişməyəcəyini göstərir”, müəllif yazır.

Professor Manqota görə, buna bir tərəfdən daxili siyasi faktorlar mane olur: “ABŞ-ın siyasi və hərbi elitası Rusiyanı özünə düşmən sayır. Onların bir çoxunun fikrincə Moskva, yəni Putin rejimi bütün vasitələrlə: sanksiyalar, diplomatik izolyasiya,

Şərqi Avropa ölkələrində qoşunların sayının artırılması və s. üsullarla dayandırılmalıdır”.

Müəllifin fikrincə Rusiya ilə yaxınlaşma yalnız bürokratik əngəllərdən irəli gəlmir.

“Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxilə etməsi, Trampın yaxın çevrəsindəki insanların Rusiya xüsusi xidmət orqanları ilə kontaktlarının üzə çıxması, habelə Moskvanı əlində Trampa qarşı kompromat xarakterli materialların olması ilə bağlı gəzən şayiələr yeni prezidenti Moskva ilə daha sıx əlaqə qurmaq imkanlarından məhrum edib.

Manqotun fikrincə, iki ölkə arasında yaxınlaşmanın baş tutmaması üçün daha tutarlı səbəblər mövcuddur.

Ekspert ilk öncə bir çox əsas mövzularda iki ölkə arasında dərin ziddiyyətlərin mövcudluğuna diqqət çəkib.

Bunlardan birincisi Ukrayna məsələsidir, Manqot yazır:

“Burada Tramp administrasiyası Obamanın xəttini davam etdirir. Krım Rusiyanın ərazisi kimi tanınmır, Rusiyanın özü isə Ukraynanın şərqində vəziyyəti gərginləşirməkdə ittiham olunur.

İkincisi Suriya böhranıdır. “Bu günə qədər Tramp ABŞ-ın Suriyadakı maraqları məsələsidə qəti qərara gələ bilməyib. Müdafiə naziri Ceyms Mettis cümə axşamıTrampla görüşündə bununla bağlı bir neçə təklif hazırladıqlarını açıqlayıb. Lakin həmin təkliflərin nədən ibarət olduğu məchul olaraq qalır”. Müəllifin fikrincə Amerika rəhbərliyində Suriyada Rusiya ilə birlikdə hərəkət etməklə bağlı yekdil rəy yoxdur.

Üçüncüsü və ən vacib məsələlərdən biri tərksilah problemidir ki, burada fikir ayrılıqları daha dərindir. Manqot hətta bu problemin iki ölkə arasında böhrana yol aça biləcəyi ehtimalını irəli sürür. Çünki Tramp Rusiya ilə imzalanan SHSM-3 haqqında sazişin yalnız Moskvaya sərf etdiyini artıq bəyan edib.

“Doğrudur bu sazişə xitam vermək az ehtimal kimi görünsə də əsl problem 1987-ci ildə imzalanan “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında saziş ətrafında çıxa bilər. ABŞ artıq bir neçə müddətdir ki, Rusiyanı yeni raketləri sınaqdan keçirməkdə və beləliklə sazişin müddəalarını pozmaqda ittiham edir.

Nəhayət, dördüncüsü İran və onun nüvə dosyesidir. Burada iki ölkə arasında ümumiyyətlə ortaq nöqtəyə gələ biləcək baxışlar mövcud deyil, -deyə müəllif fikrini bildirib.

Tarix
2017.03.04 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla