Yuxarı

TANAP bölgəmizə sülh gətirəcək - Nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
TANAP bölgəmizə sülh gətirəcək - Nazir

2002-ci ildən etibarən Türkiyənin enerji sektoruna 75 mlrd dollar həcmində sərmayə yatırılıb.

APA xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ABŞ-ın Hyuston şəhərində keçirilən “IHS CERAWeek 2017” enerji konfransında bildirib.

Nazir qeyd edib ki, gələcəkdə iqtisadi artımı daha da stimullaşdırmaq üçün bu cür investisiyaların həcmi artmalıdır.

B.Albayrakın sözlərinə görə, dünyanın neft-qaz ehtiyatlarının 60%-i Türkiyənin yerləşdiyi regionun payına düşür. O əlavə edib ki, Rusiya, Azərbaycan, İran, Nigeriya və Əlcəzairdən qaz idxalı ilə yanaşı üzən LNG gəmisi layihəsinin reallaşdırılması da davam edir.

İsrail qazının Türkiyənin daxili bazarına, daha sonra isə Avropa bazarına nəql olunması sahəsində işlərin davam etdiyini bildirən nazir qeyd edib ki, bu layihə “qazan-qazan” prinsipinə əsaslanacaq və regionun enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkr.

O əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) və Trans-Anadolu Qaz Boru Xətti (TANAP) layihələri bölgəyə sülh və stabillik gətirəcək.

Tarix
2017.03.09 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla