Yuxarı

Baqratyan: “İrəvan Putinə görə 21 milyard itirib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baqratyan: “İrəvan Putinə görə 21 milyard itirib”

Ermənistan Avrasiya İttifaqına girməsəydi, vəziyyəti daha yaxşı olardı.

Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Konrad Adenauer Fondunun İrəvanda keçirdiyi müzakirələrdə çıxışı zamanı söyləyib.

“Biz Avrasiya İttifaqına üzv ölkələrlə 2011-ci ildən bir ticarət məkanındayıq. O vaxtdan indiyə qədər ticarətdə heç nə dəyişməyib. Əgər Avrasiya İttifaqı Avropa kimi hər kəslə azad ticarət zonası yaratsaydı, o zaman neytrallığımızı qorumaq mümkün idi. Amma indi neytrallığı qorumaq mümkün deyil. Avrasiya İttifaqı Rusiyanın nəzarəti altındadır. Belə şəraitdə Ermənistan ya gərək onun maraqları ilə hesablaşsın, ya da onunla vidalaşsın. Məncə, biz bu ittifaqdan çıxmalıyıq. Təhdidlər üzərində ittifaq qurmaq olmaz. Bizim bu təşkilatdakı 2 illik üzvlüyümüz İrəvana 800 milyon dollara başa gəlib. Biz Avrasiya İttifaqının üzvü olmaqla səhv addım atdıq. İrəvan Avrasiya İttifaqında 200 milyon dollar qazandı, amma Avropada 21 milyard dollar itirdi”, – deyə o bildirib.

O, həmçinin hökumətin maaşları iki dəfə artıracağını dediyini, amma ölkənin çöküş dövrü yaşadığı zamanda bunu necə edəcəyini söyləmədiyini bildirib:

“Kreditlər almaq ölkəni yalnız çöküşə çəkir. Ölkədə xalq üçün investisiya fondu yoxdur. İqtisadi artım üçün hər kəs çalışmalıdır. Bizim ölkədə iqtisadi artım olmayanda belə iqtisadiyyat oliqarxları cəzalandırıb, maliyyə itkisinə məruz qoymur. Biz hələ indiyə qədər iqtisadi artım olmaması ucbatından heç olmasa bir erməni oliqarxının bankrot olmasını görməmişik. Elita dəyişdirilməlidir”.

Tarix
2017.03.12 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla