Yuxarı

Ohanyana atəş açdılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təbliğat kampaniyası başlayan kimi çox keçmədən silahlar işə düşüb.

Virtualaz.org xəbər verir ki, martın 12-də Armavir vilayətinin Cararat kəndində keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və İrs Partiyasının lideri Raffi Ovanisyanın daxil olduğu “üç O...” blokunun (ifadə virtualaz.org-a məxsusdur, blokun adı “Ohanyan-Raffi-Oskanyan”dır) seçicilərlə görüşü zamanı atışma baş verib.

Məlumata görə blokun seçicilərlə görüşü zamanı kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin qohumu, hakim Respublika partiyasının üzvü Samvel Qalstayn Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları da havaya atəş açıblar və Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar var.

Ermənistan İstintaq Komitəsi bildirir ki, martın 12-də axşam saat 18.00 radələrində Crarat kəndində baş vermiş insident zamanı Lernik Yeranosyan və Mikael Baboyan adlı şəxslər ağır bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı beş nəfər saxlanılıb. Saxlanılanlar ifadə verməkdən imtina edir. Nə baş verdiyi haqda ancaq Yeranosyan danışıb.

Xəbərlərə görə saxlanılanlar Ohanyanın blokunun tərəfdarlarıdır. Keçmiş müdafiə naziri özü insidentə münasibət bildirərkən deyib ki, kənd administrasiyasının rəhbəri seçiciləri onların görüşünə buraxmaq istəməyib və hədələyib. Bu zaman onun tərəfdarları ilə hakim partiyanın adamları arasında dava düşüb. Ohanyanın bildirdiyinə görə dava zamanı Qalstyanın adamlarından biri silah işlədib.

“Lakin mənim tərəfdarlarımın peşəkarlığı sayəsində onu tərksilah etmək mümkün olub, silah polisə təhvil verilib”-Ohanyan deyib. Keçmş müdafiə naziri bildirib ki, hakimiyyət bu insidentə görə ancaq bir tərəfi yox, bütün iştirakçıları həbs etməliydi. Ohanyan kənddə atışmanın olduğunu təsdiqləsə də bütün qalan sualları hüquq-mühafizə orqanlarına ünvanlamağı məsləhət görüb.

Davada iştirak edənlərdən və Ohanyanın adamları tərfindən döyülənlərdən biri Lernik Yeranosyan Ermənistan polis rəisinin müavini Levan Yeranosyanın qardaşıdır, o, ağır kəllə-beyin travması alıb.

Bütün bunlar Ermənistanı növbəti “qanlı 2 aprel”in gözlədiyindən xəbər verə bilər. Bundan əvvəl də seçki tədbirləri zamanı hakim partiyanın tərəfdarları ilə müxalifətçilər arasında bir neçə silahlı insident baş vermişdi.

Tarix
2017.03.13 / 23:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla