Yuxarı

Putindən kritik Qafqaz qərarı: II anneksiya hazırlanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən kritik Qafqaz qərarı: II anneksiya hazırlanır

Rusiya Prezidenti Vladimir Putin qondarma Cənubi Osetiya ordusunun bir hissəsinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olmasına icazə verib.

Axar.az xəbər verir ki, bu barədə informasiya Rusiya prezidentinin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya hökuməti Cənubi Osetiya ordusunun bir hissəsinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil edilməsini təsdiqləmişdi. Bu razılaşmaya əsasən, Cənubi Osetiya vətəndaşlarının Rusiyanın qondarma respublikadakı 4-cü hərbi bazasında xidmət edə biləcəklər. Bunun üçün onlar öncə Cənubi Osetiya “ordusu”nda xidmətdən imtina etməlidirlər. Vətəndaşların xidməti qarşılığında onlara maliyyə ödənişi ediləcək.

“Vedemosti” qəzeti artıq analoji razılaşmanın xüsusi xidmət orqanları sahəsində də imzalanacağını bildirib. Belə ki, bu razılaşma Cənubi Osetiya Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına həm də Rusiya Federal Təhlükəsizlik Xidmətində xidmət etmək imkanı verəcək.

Qəzet həmçinin Rusiyanın indiyə qədər belə praktikadan istifadə etməsinə də diqqət yetirib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin 2000-ci illərin əvvəllərində MDB ölkələrinin vətəndaşlarına Rusiya ordusunda xidmət etməyə izn verib. Bu imkandan daha çox Ermənistan və Tacikistan vətəndaşları yararlanıb. Sonradan bu praktikadan istifadə dayansa da, 2015-ci ilin əvvəllərində Putin yenidən eyni əmri verib. Qəzetin mənbəsinin məlumatına görə, artıq Rusiya ordusunda xidmət edən Tacikistan və Ermənistan vətəndaşları öz ölkələrindəki rus bazalarında işə düzəliblər.

Cənubi Osetiya Gürcüstan ərazisidir. Bu ərazi 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən sonra öz müstəqilliyini elan edib. Qondarma rejimin müstəqilliyini indiyə qədər Rusiya, Venesuela, Nikaraqua, Nauru və Tuvalu tanıyıb.

Tarix
2017.03.15 / 10:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla