Türkiyə mətbuatında əksini tapan şok etiraflar: "Bunu
heç bir halda soyqırımı adlandırmaq olmaz, əksinə, ermənilər
Anadoluda 1 milyon türkü qətlə yetirib".
A.Lalayan: "Ermənistanda daşnak hökuməti özünün 30 aylıq
hakimiyyəti dövründə (may 1918 - noyabr 1920) azərbaycanlı əhalinin
60 faizini qırıb".
Levon Panos Dabağyan: "Türkiyə tarixində ermənilərə qarşı
soyqırımı deyilən bir şey qəti şəkildə olmayıb"
Dünya erməniləri qondarma "erməni soyqırımı"nın 100 illiyini yüksək
səviyyədə qeyd etmək, olmayan bir hadisələrlə bağlı Türkiyəni suçlu
çıxarıb arzularını gerçəkləşdirmək üçün ciddi şəkildə hərəkətə
keçib. Belə bir ərəfədə Türkiyənin baş naziri Rəcəb Tayyib
Ərdoğanın həlak olan ermənilərin nəvələrinə başsağlığı verməsi
"Böyük Ermənistan" xülyasında və Türkiyədən böyük təzminatlar almaq
iddiasında olan erməni diasporunu xeyli həvəsləndirib.
Düzdür, ardınca Ərdoğan erməni tarixçilərini Türkiyəyə arxivləri
araşdırmağa dəvət etməklə erməniləri fakt qarşısında qoydu. Ancaq
şübhəsiz ki, dünya erməniləri və onların havadarları gələn il üçün
xeyli şoular hazırlayacaqlar. Praqa sammitində Ermənistan
prezidentinin Türkiyəyə hədyanlar yağdırmasının qarşılığında
Azərbaycan prezidenti İlham Əliyevin "Türkiyə yoxdursa, mən
burdayam" deyib düşmənin cavabını verməsinin yaratdığı effekt
erməni iddialarına qarşı Türkiyə və Azərbaycanın birgə olmasının
yeganə çıxış yolu olduğunu bir daha təsdiqlədi.
Tarixi faktlar da ermənilərin ziyanına işləyir. Ən mühümü odur
ki, tarixdə erməni soyqırımının olmadığını təkcə türklər və ya
azərbaycanlı tarixçilər deyil, ermənilərin özləri də vaxtaşırı
etiraf edib. Belə faktlardan bir neçəsini bizə Diaspor
Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə təqdim edib.
Maraqlısı və diqqətçəkəni həm də odur ki, sözügedən faktlar qardaş
Türkiyədə də dərc olunub. Belə ki, artukluhaber.net internet qəzeti
"ERMENİLER, 1 MİLYON TÜRK’Ü KATLETTİE" sərlövhəli yazıda erməni
cinayətlərinin ermənilər tərəfindən təsdiqi və etirafından bəhs
edən yazı çap edib. Yazıda əks olunduğu kimi, tarixi qaynaqlar
sübut edir ki, ermənilər türklərə qarşı həmişə qəddar və amansız
olublar. Faktlar bir daha göstərir ki, erməni psixologiyası bu gün
də dəyişməyib və ermənilər özləri də bunu etiraf edir. Erməniləri
faşistlərlə də müqayisə edənlər var. Amma diqqət yetirsək görərik
ki, faşistlər işğal etdikləri ərazilərdə daha çox əsir götürürdü,
nəinki qətliam həyata keçirirdilər. Lakin ermənilər işğal etdikləri
ərazilərin sakinlərini qadın, uşaq demədən işgəncə ilə qətlə
yetirməkdən sanki zövq alırlar. 2010-cu ilin yanvarında könüllü
şəkildə Azərbaycana keçən və hazırda Bakı ətrafındakı hərbi
şəhərciklərin birində saxlanılan erməni Yegişe Gevorkyan deyib ki,
erməni terroru bu gün də dövlət siyasətinin əsasını təşkil edir.
Fakt budur, erməni psixologiyasının bariz üzü. İllər ötsə də
bəşəriyyətin düşüncə və yanaşması dəyişsə də, erməni təfəkküründə
demək olar ki, heç nə dəyişməyib.
Ermənilərin tarixən əzəli türk məskəni olan, indi Ermənistan
adlandırılan torpaqlarda soydaşlarımızın başlarına açdıqları
müsibətlər barədə erməni tarixçiləri özləri belə utanmadan,
həyasızcasına danışırlar. Erməni tarixçisi A.Lalayansa ötən yüz
ilin əvvəllərində ermənilərin vəhşiliklərini belə etiraf edir:
"Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq
müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri
amansızcasına doğrayıb tökürdülər. Daşnak dəstələrinin tutduqları
türk kəndləri canlı insanlardan təmizlənib, eybəcər hala salınmış
qurbanları ilə birlikdə xarabalığa çevrilib". ("İnqilabi Şərq"
jurnalı, № 2-3, 1936. Moskva).
A.Lalayanın daha bir etirafı: "Ermənistanda daşnak hökuməti özünün
30 aylıq hakimiyyəti dövründə (may 1918 - noyabr 1920) azərbaycanlı
əhalinin 60 faizini qırıb". 1917-ci ilin dekabrından 1918-ci ilin
avqustuna qədər təkcə Sisyan rayonunun 15 kəndində 625 nəfər qətlə
yetirilib. Bəyazid, Eçmiədzin, İrəvan qəzalarında qarət olunmuş,
doğma yurdunu tərk etmiş soydaşlarımızın sayı 200 min nəfərə
yaxındır. Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılmış, həmin
kəndlərdə yaşayan 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüşdü.
İrəvan quberniyasında 1918-ci ilin martınadək 199 kənd dağıdılmış,
135 min nəfərlik əhalinin bir qismi qılıncdan keçirilmiş, bir qismi
isə çətinliklə də olsa qaçaraq dəhşətli vəhşilikdən canını qurtara
bilmişdi. 1919-cu ilin 9 ayı ərzində Eçmiədzin və Sürməli
qəzalarında 96 kənd, İrəvan qəzasında isə bütün kəndlər yerlə
yeksan edilmişdi". Təkcə dəhşət saçan bu rəqəmlər ermənilərin
susdurulması üçün yetərli ola bilərdi, ancaq davamı da var...
Ermənilər bir çox hallarda qondarma "erməni soyqırımı"nın da
yalan olduğunu etiraf ediblər. Türkiyə ermənilərinin tanınmış
simalarından olan tarixçi-yazar Levon Panos Dabağyan da vurğulayır.
Qeyd edək ki, Dabağyan erməni lobbisinin və Qərb dairələrinin
"soyqırımı" kampaniyasına açıq şəkildə qarşı çıxan az sayda erməni
ziyalılarından biri, bəlkə də birincisidir. Özü də Dabağyan "erməni
soyqırımı" iddialarının əsassız olduğunu, sadəcə, deklarativ
şəkildə deyil, tarixi tədqiqatlar nəticəsində nəzərə çatdırır. O,
Osmanlı ermənilərinin tarixini uzun zamandan bəri tədqiq edir,
2003-cü ildə onun "Türkiyə ermənilərinin tarixi" adlı böyük kitabı
çapdan çıxıb. Türkiyədə tarix boyu ermənilərə qarşı hər hansı
soyqırımı hərəkəti olmadığını vurğulayan Dabağyan bu xüsusda
səslənən bütün bəyanatların tarixi gerçəyə deyil, siyasi maraqlara
dayandığını deyib: "Birinci Dünya müharibəsi dövründə Türkiyədə
yaşamış ermənilərə qarşı deportasiya həyata keçirilib və bunu hər
kəs etiraf edir, amma Türkiyə tarixində ermənilərə qarşı soyqırımı
deyilən bir şey qəti şəkildə olmayıb". Dabağyanın sözlərinə görə,
bu deportasiya qərarı müharibə dövrünün şərtlərinə görə verilib və
onun faciələrə yol açdığı da gerçəkdir: "Amma bunu heç bir halda
soyqırımı adlandırmaq olmaz".
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə deyir ki,
2009-cu ildə isə Türkiyədə ermənilərin türklərə qarşı soyqırım
törətdiyini etiraf edən hesabat kitab şəklində də nəşr olunub və
geniş yayılıb. Düşməni ifşa istiqamətində türk tarixçilər də xeyli
işlər görüb. İstanbul Universitetinin tarix fakültəsinin müəllimi
Mehmet Perincək Rusiya Silahlı Qüvvələri Baş Qərargahının
arxivindən əldə etdiyi hesabatı kitab şəklində nəşr etdirib.
Hesabatı türk dilinə tərcümə edən M.Perincək bildirib ki, bu, son
dərəcə mühüm sənəddir: "Çünki general Bolxovotinov Baş Qərargaha
göndərdiyi hesabatda Anadoluda ermənilərin Osmanlı dövlətinə qarşı
üsyan etdiklərini və türk əhalini qətlə yetirdiklərini sənədlərlə
ortaya qoyub. Təsəvvür edin ki, cəbhədə türklərə qarşı döyüşən və
ermənilərə gizli dəstək verən bir ordunun generalı bildirir ki,
Anadoluda ermənilər türklərə qarşı soyqırım həyata keçiriblər. Bu
sənəd Türkiyənin böhtanlara qarşı mübarizəsində nə dərəcədə haqlı
olduğunu ortaya qoymaqdadır. Biz ilk dəfə bu kitabda çoxlu sayda
tarixi fotolardan istifadə etmişik. O fotolarda erməni quldurların
türklərə qarşı soyqırımı törətməsi öz əksini tapıb".
Bütün bu tarixi həqiqətlər ondan xəbər verir ki, dünya
güclərinin əlində Türkiyə və Azərbaycanı zəiflətmək üçün sadəcə
oyuncağa çevrilmiş ermənilər elə erməni tarixçilərinin də etiraf
etdiyi kimi olmayan bir şeyi sübut etmək uğrunda çarpışırlar.
Əslində 2015-ci ildə soyqırımın 100 illiyi qeyd olunmalıdır, ancaq
bu dünya miqyasında ermənilərin Türkiyə və Azərbaycan türklərinə
qarşı soyqırım törətdiyinə görə ermənilər mühakimə edilməlidir. Bu
gün Ermənistanda mühüm dövlət postları tutanlar, S.Ohanyan,
S.Sərkisyan, eləcə də R.Köçəryan və digərləri soydaşlarımıza qarşı
törədilən soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə
qarşısında cavab verməlidir. /Musavat.com/