Yuxarı

Ukrayna separatçıları Putinin sözünü yerə saldılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna separatçıları Putinin sözünü yerə saldılar

Şərqi Ukrayna separatçılarının lideri Oleq Çaryov Rusiya prezidenti Vladimir Putinin 11 maya təyin edilən separatçı referendumun təxirə salınması istəyinə şərt kəsib.

"Axar.az" Ukrayna mediasına istinadən xəbər verir ki, Ali Radanın deputatı olan Çaryov bunun üçün Ukrayna qoşunlarının hərbi əməliyyatları dayandırmasını tələb edib:

"Danışıqların başlanması üçün şərt kimi insanların həlak olduğu hərbi əməliyyatların dayandırılması ola bilər. Əgər bu olmasa, biz hakimiyyətin razılaşma istəmədiyini düşünəcəyik".

Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində referendumun təyin olunması barədə qərar Ukraynanın öz daxili işidir.

Xatırladaq ki, Vladimir Putin ölkəsinin Ukraynadakı rusmeyli separatçıların mayın 11-ə Şərqi Ukraynada keçirmək istədikləri referendumu təxirə salmaqla bağlı çağırış etmişdi.

Tarix
2014.05.07 / 23:33
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla