Yuxarı

Le Pen parlament seçkilərinə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Le Pen parlament seçkilərinə hazırlaşır

Fransadakı prezident seçkilərində “İrəli” hərəkatının təsisçisi Emmanuel Makrona məğlub olan ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen gözünü iyunun ortalarında keçiriləcək parlament seçkilərinə dikib.

Axar.az xəbər verir ki, Le Pen başda partiyanın adı olmaqla əhəmiyyətli dəyişikliklər edəcəyini bildirib.

“Dəyişikliklər Fransa siyasətində qırx ildən çoxdur eyni adla iştirak edən partiyanın adından başlayacaq. Bütün vətənpərvərləri bizə qoşulmağa dəvət edirik. Çünki gələcəkdə Fransanın sizə indikindən daha çox ehtiyacı olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, dünən Fransada keçirilmiş prezident seçkilərinin ikinci turunda “İrəli” hərəkatının lideri Emmanuel Makron 66,06% səslə Marin Le Peni məğlub edib.

Bunun ardınca parlament seçkiləri ilə bağlı proqnozlar verilib. İlkin ehtimala görə, “İrəli” parlament seçkilərində 26%, Milli Cəbhə isə 22% səs toplaya bilər.

Tarix
2017.05.08 / 12:19
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

AVP-nin növbəti qurultayı: Sədr o seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla