Yuxarı

Ərdoğanın tərk etdiyi toplantılar - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın tərk etdiyi toplantılar - Video

Bu gün Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının 146-cı ildönümündə Vəkillər Kollegiyasının rəhbəri Mətin Feyzioğlunun çıxışına hirslənib və yığıncağı tərk edib.

"Axar.az" xəbər verir ki, bu, Ərdoğanın tərk etdiyi ilk toplantı deyil. Bundan öncə də Ərdoğan daha dörd toplantını yarımçıq qoyub.

Baş nazir Ərdoğanın tərk etdiyi toplantılardan biri Davosda olub. Ərdoğan Dünya İqtisadi Forumunda Şimon Pereslə gərginlik yaşamışdı və Peresin tənqidlərinə çox sərt cavab verərək iclası tərk etmişdi.

2005-ci ilin noyabr ayında isə Danimarkada mətbuat konfransını tərk etmişdi. 2005-ci ildə Türkiyə ilə Danimarka arasındakı ən böyük problemlərdən biri bu ölkənin PKK-ya məxsus Roj TV-yə lisenziya verməsi idi.

Baş nazir Rəcəb Tayyib Ərdoğan daha bir yarımçıq tərk etdiyi toplantı ötən il Gəzi olayları ilə bağlı Baş Nazirlik binasında sənətçilərin iştirakı ilə keçirilən iclasdır. DİSK Baş katibi Arzu Çərkəzoğlunun "Gəzi olayları ictimai və sosioloji məsələdir" sözlərinə Ərdoğan əsəbləşərək "Siz kimsiniz bizə sosiologiya öyrədirsiniz?" deyərək iclası tərk etmişdi.

Baş nazir Ərdoğan 5-ci imtinası ötən ay Konstitusiya Məhkəməsinin ildönümü çərçivəsində təşkil edilən yığıncaqdır. AYM rəhbəri Həşim Kılıncın çıxışına qəzəblənən Baş nazir yığıncağı yarımçıq qoymuşdu.

Tarix
2014.05.10 / 21:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla